Şagirdlər məktəbdə niyə donur? - Nazirlikdən AÇIQLAMA

Sabirabadın Kovlar kənd orta məktəbində yaranan istilik problemi həllini tapıb.
Qazet.az xəbər verir ki, bu barədə Elm və təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.
***
Sabirabadın Kovlar kənd orta məktəbində istilik problemi yaranıb.
Qazet.az xəbər verir ki, məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlarının soyuq olması barədə paylaşım ediblər.
Məsələ ilə bağlı açıqlama verən Elm və Təhsil Nazirliyi bildirib ki, istilik sistemi dizel yanacaqlı qazanxana ilə işləyir. Yanacaq verildikdən sonra isə problemlər üzə çıxıb:
"Sabirabad rayonu Kolar kənd tam orta məktəbinin istilik sistemi dizel qazanxana ilə işləyir. Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar təmir işləri aparır və ən geci sabah məktəbdə istilik bərpa olunacaq. Əlavə məlumat veriləcək"