Şahdağ milli parkında ov edənlər 4 000 manat cərimələnib
Hadisə
17:49 15 okt, 2021
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 4000 manat məbləğində cərimələnib
Şahdağ milli parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin ərazisində ov edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Qazet.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin İsmayıllı rayon sakinlərii Anar Musayev, Elçin Nağdıyev, Qismət Cəfərov və Şamo Nağdıyev olduğu müəyyən edilib və onlardan 2 ovlanmış Dağıstan turu götürülüb.
O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 4000 manat məbləğində cərimələnib.