Sahibə Qafarova: “Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığa əhəmiyyət verir”
Gündəm
14:45 11 okt, 2021
Bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib

“Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığa əhəmiyyət verir”.
Qazet.az xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, Slovakiyaya səfər çərçivəsində Ermənistanın təxribatları barədə bu ölkənin rəsmilərinə geniş məlumat verib: “Orada Slovakiya parlamentində qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 1 aprel 2021-ci ildə qəbul olunan "Dağlıq Qarabağ haqqında" adlı qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirdim".
"Ümidvar olduğumu bildirdim ki, Slovakiya parlamenti də Xocalı soyqırımını tanımağa görə prosedurlara başlayacaq”, - S.Qafarova əlavə edib.