Sahibkarlara 430 milyon manata yaxın vergi və gömrük güzəştləri edilib - FOTO
Biznes
15:02 05 avq, 2022
Bu barədə Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib
“Ölkəmizin sənaye zonalarında sahibkarlar üçün bir çox vergi və gömrük güzəştləri tətbiq edilir”.
Qazet.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.
“İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında bu güzəştlərdən yararlanmış rezidentlər indiyədək 428,6 milyon manatdan çox vəsaitə qənaət ediblər”, - deyə nazir qeyd edib.