Bakı 16˚C Rain

Sahibkarlığın İnkişafı Fondu auditor seçib

Biznes 12:45 15 noy, 2022
Sahibkarlığın İnkişafı Fondu auditor seçib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2022-ci il üzrə maliyyə hesabatlarının kənar auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Qazet.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.

Qalib şirkətə 47,2 min manat ödəniləcək.