Bakı -2˚C Rain

Sahil Babayev: "Öz sahəsi üzrə işləyənlərin sayı gözləntilərimizdən çox azdır"

Gündəm 11:56 24 sen, 2021

Bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib

Sahil Babayev: "Öz sahəsi üzrə işləyənlərin sayı gözləntilərimizdən çox azdır"

“Bu gün bizim əmək bazarımızda çətinliklər və çağırışlar çox ciddidir. Öz sahəsi üzrə işləyən ixtisaslı işçi qüvvəsinin sayı gözləntilərimizdən çox azdır”.

Qazet.az xəbər verir ki, bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bunun obyektiv səbəbləri var: “Bizdə hələlik qeyri-formal təhsilin tam olaraq tanınmaması, distant iş yerində təhsilin tam olaraq tanınmaması da faktor rolunu oynayır.