Bakı 21˚C Windy

Sahil Babayev: “Son 4 ildə əmək müqavilələrinin sayı 30% artıb”

Biznes 13:12 08 dek, 2021

Bunu Azərbaycan Karyera İnkişaf Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib

Sahil Babayev: <span style="color:red">“Son 4 ildə əmək müqavilələrinin sayı 30% artıb”</span>

"Son 4 ildə əmək müqavilələrinin sayı 30% artaraq 1 milyon 685 minə çatıb, əməkhaqqı fondu 92% artıb".

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Karyera İnkişaf Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib: "Yeddi min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8485 şəxsə işsizlikdən sığorta təyin olunub. Bu ödənişlərdə də 30% artım olub".