Bakı 11˚C Cloudy

Sahil Babayev: "Yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir"

Cəmiyyət 15:58 10 noy, 2021

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib

Sahil Babayev: "Yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir"

“Əsassız müxtəlif qərarlarla saxta pensiya işlərinin formalaşdırılması və bunun hesabına köhnə dövrə yaradılan təxminən 60-80 milyon manat ödəmələrin qarşısı alınıb”.

Qazet.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, arxiv sənədlərin mərkəzləşdirilməsi də həyata keçirilir: “Bu çərçivədə yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir. Növbəti il üçün işsizlikdən sığorta fondu 180 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu cari illə müqayisədə 14 % artım deməkdir”.