Bakı 12˚C Mostly cloudy

Şahin Bağırov vətəndaşları qəbul edəcək

Cəmiyyət 15:15 21 noy, 2022
Şahin Bağırov vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov noyabrın 25-də saat 11:00-da Horadiz şəhərində vətəndaşları qəbul edəcək.

Qazet.az-ın Komitəyə istinadən verdiyi məlumata görə, vətəndaş qəbulu Horadizdə yerləşən Muğam Mərkəzində (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) baş tutacaq.

Qəbul zamanı Füzuli, Beyləqan və Xocavənd rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.