Bakı 19˚C Intermittent clouds

Şahmar Mövsümov: “Azərbaycan pandemiya ilə mübarizədə şanslıdır”

Gündəm 19:22 04 noy, 2021

“Azərbaycan hökuməti iqtisadiyyatı qorumaq üçün lazımi tədbirlər həyata keçirib"

Şahmar Mövsümov: “Azərbaycan pandemiya ilə mübarizədə şanslıdır”

“Koronavirus (COVID-19) pandemiyası ötən il dünya iqtisadiyyatına böyük ziyan vurub. Azərbaycanda da ümumi daxili məhsul (ÜDM) 4,3% azalıb”.

Qazet.az-ın xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya iqtisadiyyatı” mövzusuna panel müzakirələrində deyib.

“Azərbaycan hökuməti iqtisadiyyatı qorumaq üçün lazımi tədbirlər həyata keçirib, ÜDM-in daha çox azalmasının qarşısını almaq üçün 2 milyard manat vəsait ayırıb. Azərbaycan pandemiya ilə mübarizədə şanslıdır, çünki ölkənin valyuta ehtiyatları var və lazimi qədər vəsait ayıra bilib, üstəlik digər ölkələrə də humanitar yardım göstərib”.