Şahmat yığmamız İtaliyanı məğlub etdi
İdman
10:04 13 noy, 2021
Kişi və qadınlardan ibarət Azərbaycan milliləri ilk görüşlərinə çıxıblar

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri ilk görüşlərinə çıxıblar.
Qazet.az-ın məlumatına görə, kişilərdən ibarət komanda birinci turda İtaliyanı məğlub edib.
Şəhriyar Məmmədyarov və Qədir Hüseynov ağ, Nicat Abbasovla Rauf Məmmədov qara fiqurlarla oynayıb. Məmmədov, Hüseynov və Abbasov rəqiblərinə qalib gəlib. Məmmədyarovun görüşü bitməyib, lakin nəticəyə təsir etməyəcək.
Qadınlar isə hazırda Türkiyə ilə üz-üzə gəlir və 2:0 hesabı ilə öndədir.