Bakı 24˚C Intermittent clouds

Şahnazarov: Rusiya müharibədən gündə milyonlar qazanır

Gündəm 13:38 24 iyn, 2022

Rusiya hər gün itgi verir

Şahnazarov: Rusiya müharibədən gündə milyonlar qazanır

Ukraynadakı müharibədən Rusiya büdcəsinə hər gün milyonlarla dollar vəsait daxil olur. Döyüşlərə xərclənən puldan qat-qat çoxu qazanc şəklində geri qayıdır. Amma Rusiya hər gün onlarla əsgərini, zabitini itirir.

Qazet.az xəbər verir ki, bu fikirləri Rusiyanın “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” proqramının efirində Karen Şahnazarov bölüşüb.

“Əslində, tərsinə olmalıdır. Pul itirmək insan itkisindən yaxşı sayılmalıdır. Ona görə hesab edirəm ki, bu müharibə Kremlə iqtisadi xeyir versə də, dayandırılmalıdır. Əks təqdirdə baş verən hadisələr Rusiya üçün pis sonluqla nəticələnəcək”

Karen Şahnazarov