Şahzadə atasını və qardaşını geri istəyir
Gündəm
11:35 03 yan, 2023
Britaniya kral ailəsini tərk edərək ABŞ-da məskunlaşan Şahzadə Harri, yanvarın 10-da nəşr olunacaq kitabı öncəsi verdiyi müsahibədə atası İngiltərə kralı III Çarlzı və onun oğlunu (qardaşı Şahzadə Uilyam) “geri qaytarmaq istədiyini” bildirib.
Qazet.az xəbər verir ki, Şahzadə Harri yanvarın 8-də yayımlanacaq müsahibəsində kral ailəsi, anası Diananın ölümü, Uels şahzadəsi və öz gələcəyi ilə bağlı açıqlamalar verib.
Bu gün yayımlanan müsahibənin qısa bir hissəsində Şahzadə Harri "Onlar heç bir barışıq göstərmədilər" deyib, lakin onun bu sözlə kimi nəzərdə tutduğu bildirilməyib.
Şahzadə Harri deyib: "Mən bir ailə istəyirəm, bir qurum deyil"
O, verdiyi müsahibədə “Mən atamı, qardaşımı geri istəyirəm” ifadəsini də işlədib.