Bakı 2˚C Cloudy

Şahzadə Harri və Elton Con Daily Mail-i məhkəməyə veriblər

Gündəm 07:27 08 okt, 2022
Şahzadə Harri və Elton Con Daily Mail-i məhkəməyə veriblər

Şahzadə Harri və Elton Con Britaniyanın Daily Mail nəşrini şəxsi həyatın toxunulmazlığını pozmaqda ittiham ediblər. 
 

Qazet.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Aktrisalar Sadie Frost və Elizabet Harley, eləcə də Baronessa Dorin Lavrens də bu davaya  qoşulub.

Mənbənin bildirdiyinə görə, iddiaçılar tabloid qəzetini telefonları dinləməkdə, maşınlarda və evlərdə gizli dinləmə qurğuları yerləşdirməkdə ittiham edirlər. İddia ərizəsində həmçinin deyilir ki, qəzetin müxbirləri onları maraqlandıran tibbi məlumat almaq üçün özlərini başqa şəxslər kimi göstəriblər.

İddiaçıları təmsil edən hüquq firması Hamlins, "İndi qurbanlar həqiqəti söyləmək və jurnalistləri məsuliyyətə cəlb etmək üçün birləşdilər, onların bir çoxu yüksək rəhbər vəzifələr tutmağa davam edir" deyə bildiriblər.