Bakı 5˚C Cloudy

Şahzadə Uilyamın yalnız nənəsinə etiraf etdiyi sirri - FOTO

Maraqlı 13:07 16 okt, 2022
Şahzadə Uilyamın yalnız nənəsinə etiraf etdiyi sirri - FOTO

Şahzadə Uilyam ailə sirrini nənəsi, II Elizabetdən gizlədə bilməyib.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, Uels Şahzadəsi Uilyam həyat yoldaşı Keyt Middltonla xoşbəxt olmadığını yalnız nənəsinə etiraf edib.

2011-ci ildə bütün dünya şahzadə Uilyam və Keyt Middltonun dəbdəbəli toyunu böyük maraqla izlədi. 11 illik münasibətlərinə və üç övlad sahibi olmaqlarına baxmayaraq, onların ailə ittifaqı artıq o qədər də güclü görünmür. Mətbuatda Ledi Dinin böyük oğlunun xəyanətləri ilə bağlı şayiələr getdikcə artmaqdadır. Kral ailəsi qorxur ki, Uilyam atasının taleyini təkrarlaya və sevmədiyi həyat yoldaşı ilə nikahını poza bilər. Bundan başqa, Uilyamın ailə həyatı tez-tez qardaşı Şahzadə Harri və Meqan Marklın münasibətləri ilə müqayisə olunur. Mediada yayılan xəbərlərdə Uilyamın Harri ilə müqayisədə xanımına qarşı daha soyuq olduğu iddia edilir.

Mənbələrin sözlərinə görə, toydan əvvəl şahzadə II Elizabetaya Keyti ​​kifayət qədər sevib-sevmədiyini və bu münasibəti davam etdirməyə dəyər olub-olmadığına əmin olmadığını etiraf edib.

Şahzadə Uilyamın yalnız nənəsinə etiraf etdiyi sirri - FOTO
Şahzadə Uilyamın yalnız nənəsinə etiraf etdiyi sirri - FOTO
Şahzadə Uilyamın yalnız nənəsinə etiraf etdiyi sirri - FOTO