Salyanda ağır qəza: ölən və yaralananlar var
Salyan rayonunda bir nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Opel" markalı avtomobil yolun kənarında dayanmış “Ford” markalı avtomobilin arxa hissəsinə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb və iki nəfər xəsarət alıb. Həmin şəxslərin xəsarəti yüngül olduğundan hadisə yerində onlara ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.
Ölən şəxsin meyiti isə müayinə üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.
Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.