Bakı 24˚C Sunny

Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Hadisə 20:35 20 dek, 2022
Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Qazet.az-ın Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində
qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Allahverdiyev Natiq İsrafil oğlu, onun həyat yoldaşı, 1958-ciil təvəllüdlü Allahverdiyeva Aidə Kərim qızı və 1951-ci il təvəllüdlü Seyfullayev Yadigar Seyfulla oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.