Bakı 17˚C Windy

Salyanda evinə basqın olmuş mühasib həyat yoldaşı ilə yanaraq ölüb

Hadisə 11:20 12 mar, 2022

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, Əliyeva Elmira Mirzə qızının meyiti aşkar olunub

Salyanda evinə basqın olmuş mühasib həyat yoldaşı ilə yanaraq ölüb

Salyan rayonunda fərdi yaşayış evində yanğın olub.

Qazet.az xəbər verir ki, hadisə rayonun Aşağı kürkənd kəndində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və əməkdaşları cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, 1956-cü iltəvəllüdlü Əliyeva Elmira Mirzə qızının meyiti aşkar olunub.

Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyirdi.

Qeyd edək ki, 5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən ər və arvad xəstəxanaya yerləşdirilmişdi.