Bakı 8˚C Dreary

Salyanda qəzada xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB

Hadisə 20:40 09 yan, 2023
Salyanda qəzada xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB

Salyanda baş vermiş qəzada xəsarət alanın kimliyi məlum olub.

Qazet.az-ın məlumatına görə, qəza zamanı xəsarət alan “Kamaz” markalı yük maşınını sürücüsü, Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Məcidov Araz Arif oğludur.

Reanimasiya şöbəsinə yerləşdirilən yaralının koma vəziyyətində olduğu bildirilir.

Qeyd edək ki, yol qəzası bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. A.Məcidovun idarə etdiyi “Kamaz” markalı yük maşını qarşıdakı unla dolu eyni yük maşınının qoşqusuna, sonra beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alsa da, yanındakı sərnişin, Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Kiçikbəyov Rahid Elçibəyi oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.