"Şamaxı" futbolçusu ilə yolları ayırdı
İdman
13:10 30 dek, 2022
!["Şamaxı" futbolçusu ilə yolları ayırdı](https://qazet.az/resized/fit900x500/center/pages/136845/ba0e3349-aefb-393d-a600-df27fa04585a-850.jpg)
"Şamaxı" klubu futbolçusu Adil Nağıyevlə yollarını ayırıb.
Bölgə təmsilçisindən Qazet.az-a verilən məlumata görə, 27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, müqavilə ilə məxsus olduğu "Səbail"ə qayıdıb.
Qeyd edək ki, Adil Nağıyev mövsümün əvvəlində məhz "dənizçilər"dən "Şamaxı"ya transfer olmuşdu.