"Şamaxı" heç-heçə etdi
İdman
15:30 11 yan, 2023
Qış təlim-məşq toplanışı üçün Türkiyəyə ən gec yollanan Azərbaycan komandası “Şamaxı” ilk yoxlama görüşündə Qazaxıstan təmsilçisi “Kaysar”la heç-heçə edib.
Qazet.az xəbər verir ki, bölgə təmsilçisi rəqibi ilə Antalyadakı “Miracle” hotelinin meydançasında qarşılaşıb.
Küləkli hava şəraitində baş tutan oyunda qapılara qol vurulmayıb – 0:0.
Qeyd edək ki, “Şamaxı” Antalyadakı ikinci yoxlama görüşünü də bu gün keçirəcək. Vüqar Əsgərlinin komandası Bakı vaxtı ilə saat 18:30-da start götürəcək matçda Rumıniya klubu “Botoşani”yə rəqib olacaq.