Bakı 25˚C Sunny

"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

İdman 15:41 31 dek, 2022
"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.

Klubdan Qazet.az-a verilən məlumata görə, bölgə təmsilçisi Abdulla Rzayevlə vidalaşıb.

20 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Şamaxı" daha əvvəl Bəhruz Teymurov və Adil Nağıyevin sözləşməsini ləğv edib.