Bakı 9˚C Intermittent clouds

"Şamaxı" klubundan illər sonra yeni göstərici

İdman 11:10 14 noy, 2022
"Şamaxı" klubundan illər sonra yeni göstərici

“Şamaxı” 90 aydan sonra Azərbaycan Premyer Liqasında iki oyunda məhsuldarlıq nümayiş etdirib.

Qazet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçi olduğu komanda buna səfərdə "Turan Tovuz"u 3:1, evdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub etməklə nail olub.

Bölgə təmsilçisinin ardıcıl iki matçda 3 və ya daha çox qol vurmasına sonuncu dəfə 2015-ci ilin mayında təsadüf olunub.

7 il 6 ay əvvəl klub hələ Bakı “İnter”i adı altında çıxış edirdi. Komanda səfərdə “Simurq”u 3:2, evdə “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, “Şamaxı” ölkə çempionatlarında 91 dəfə üç və ya daha çox qol vurub.