"Şamaxı" yoxlama oyunları keçirəcək
İdman
11:20 11 yan, 2023
Antalyada təlim-məşq toplanışında olan "Şamaxı" bu gün iki yoxlama matçı keçirəcək.
Qazet.az xəbər verir ki, komanda əvvəlcə Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
"Şamaxı"nın digər görüş isə Rumıniyanın "Botaşani" klubuna qarşı olacaq. Bu oyun isə Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, "Şamaxı" toplanışın son matçında yanvarın 18-i Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək.