Bakı 25˚C Partly sunny

Şamaxıda bir nəfərin ölümünə səbəb olan partlayışla bağlı cinayət işi başlanılıb

Hadisə 13:05 22 okt, 2021

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Şamaxıda bir nəfərin ölümünə səbəb olan partlayışla bağlı cinayət işi başlanılıb

Şamaxı rayonunda evdə baş verən partlayışla bağlı cinayət işi açılıb.

Bu barədə Qazet.az-a Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş verən partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.