Bakı 26˚C Sunny

Şamaxıda qadını hədələyib qızıllarını alan şəxs tutuldu

Gündəm 14:25 27 noy, 2021

Şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb

Şamaxıda qadını hədələyib qızıllarını alan şəxs tutuldu

Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.