"Şamaxı"dan transfer
İdman
14:50 30 dek, 2022
!["Şamaxı"dan transfer](https://qazet.az/resized/fit900x500/center/pages/136887/175487-6y9j1w9rwu.jpg)
“Şamaxı” heyətinə yeni futbolçu qatıb.
Qazet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Şamaxı" yarımmüdafiəçi Emin Zamanovu transfer edib. 25 yaşlı futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. O, mövsümün ikinci yarısından məşqçilər korpusunun sərəncamında olacaq.
Zamanov ötən gün Premyer Liqanın digər təmsilçisi “Səbail”dən ayrılıb.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl hücumçu Emil Qasımovu transfer edib. Həmçinin klub Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə sözləşməni yeniləyib.