Samir Şərifov: "Azərbaycanın kifayət qədər dayanıqlı borc vəziyyəti var"
"Kifayət qədər dayanıqlı borc vəziyyətimiz var"
“COVID pandemiyası bir çox ölkələri ifrat dərəcədə borclanmağa məcbur edib”.
Qazet.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, qlobal borclanma səviyyəsi bu gün qlobal ÜDM-in 100 %-nə bərabərdir: “Azərbaycanda isə bu göstərici olduqca aşağıdır. Kifayət qədər dayanıqlı borc vəziyyətimiz var. Biz xarici dövlət borcunu azaltmalıyıq”.
Nazir bildirib ki, daxili borclanma daxili maliyyə bazarlarının inkişafına müsbət təsir edən amildir.
S. Şərifov iclasda onkoloji xəstəliklərin müalicəsində dərman preparatlarının çatışmazlığı problemi ilə bağlı səslənən fikirlərə cavab verərək bildirdi ki: "Azərbaycanda dərman bazarında bu sahədə böyük bahalaşma müşahidə edilməkdədir. Biz xəstəliklərin müalicəsinə ayrılan xərcləri artırırıq. Amma yenə də görürük ki, istənilən səviyyəyə gəlib çıxmamışıq. Eyni zamanda icbari tibbi sığorta ilə əhatə olunmayan xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi üçün işlər gedir”.