Samoanın cənubunda güclü zəlzələ olub
Hadisə
01:28 05 dek, 2022
Samoanın cənubunda 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Samoanın paytaxtı Apia şəhərindən 217 km cənub-qərbdə, ocağı isə 36 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.