Bakı 24˚C Sunny

“Samsung Electronics” dünyanın ən yaxşı brendləri sırasında 5-ci yerə çıxıb

Maraqlı 17:46 28 okt, 2021

“Interbrand”in sıralamasında Samsung ilk beşliyə daxil olub

“Samsung Electronics” dünyanın ən yaxşı brendləri sırasında 5-ci yerə çıxıb

“Samsung Electronics” beynəlxalq konsaltinq şirkəti “Interbrand” tərəfindən hazırlanan “Dünyanın 100 ən yaxşı brendi 2021” reytinqində beşinci yerdə qərarlaşıb.

“Samsung” brendi 74 milyard 600 milyon dollar dəyərində qiymətləndirilir ki, bu da şirkətin beşliyə ilk dəfə daxil olduğu keçən illə müqayisədə 20 % daha çoxdur. Bu, 2013-cü ildən bəri ən yüksək illik artım tempidir. Həmçinin, bu göstərici dünyanın ən yaxşı 100 brendinin orta artım tempindən iki dəfə artıqdır. “Samsung Electronics” brendi 2012-ci ildən bəri ilk onluqdadır. Qeyd edək ki, şirkət 20 il əvvəl siyahıda birinci dəfə yer alaraq, 43-cü yerdə qərarlaşmış və 2010-cu ildə sürətlə yüksələrək 19-cu yerə yüksəlmişdir. “Interbrand” qeyd  edir ki, “Samsung Electronics” brendinin dəyər artımının əsas amilləri bunlardır:

• şirkətin istifadəçi yönümlü idarəetmə sisteminə keçidi;

• müntəzəm inkişafın təmin edilməsi üçün davamlı tədbirlərin, o cümlədən korporativ sosial məsuliyyət konsepsiyasına uyğun olaraq həyata keçirilən müxtəlif kampaniyaların, buna misal olaraq: “Together for Tomorrow! Enabling People” kimi proqramlar, televizorlar üçün eko-qablaşdırma və “Galaxy Upcycling” kimi korporativ miqyasda davamlılıq təşəbbüslərinin irəli sürülməsi;

• “Galaxy Z Flip3”, “Neo QLED” televizorları və “Bespoke” məişət texnikası xətti də daxil olmaqla innovativ məhsulların buraxılması;

• davamlı sərmayə ilə idarə olunan süni intellekt (AI), 5G, “ağıllı” avtomobillər və robototexnika kimi qabaqcıl texnologiyaların inkişafında liderlik.