Bakı 2˚C Mostly cloudy

Samuxda iki azyaşlı naməlum səbəbdən ölüb

Hadisə 15:53 12 sen, 2021

Hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb

Samuxda iki azyaşlı naməlum səbəbdən ölüb

Samuxda bədbəxt hadisə baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Belə ki, Samux sakinləri 2018-ci il təvəllüdlü Quliyev Nurəddin Əfqan oğlu və onun bacısı Quliyeva Ruqayyə Əfqan qızının yaşadıqları evdə halları pisləşib. Azyaşlılar valideynləri tərəfindən xəstəxanaya aparılıb. Müayinə zamanı qızın öldüyü məlum olub. Oğlan isə sonradan xəstəxanada dünyasını dəyişib. Hər iki azyaşlının ölüm səbəbi məlum deyil. Artıq onların ölümü ilə bağlı araşdırmalara başlanıb.

Gəncə şəhər 2 nömrəli uşaq xəstəxanasının baş həkimi Hafiz Abdulayev APA bildirib ki, ötən gün xəstəxanaya 2 az yaşlı gətirilib. Müayinə zamanı Quliyeva Ruqayyə Əfqan qızın öldüyü məlum olub. Baş həkim qeyd edib ki, digər azyaşlının isə vəziyyəti çox ağır idi. Həkimlərin səyinə baxmayaraq Quliyev Nurəddin Əfqan oğlu bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.