Bakı 9˚C Windy

Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə 23:38 07 yan, 2023
Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Yanvarın 7-də saat 19:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Mersedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib, saxlanılması istiqamətində zəruri tədbirlər görülür.