Bakı 6˚C Sunny

Sarıkökü belə istifadə etsəniz... – Bunları bilirdiniz?

Cəmiyyət 17:21 24 okt, 2021

Sarıkök bir çox xəstəliyin dərmanı sayılır

Sarıkökü belə istifadə etsəniz... – Bunları bilirdiniz?

Gündəlik olaraq mətbəxdə ən çox istifadə etdiyimiz faydalı məhsullardan biri də sarıkökdür. Sarıkök qədim zamanlardan dövrümüzə qədər yeməklərin hazırlanmasında əvəzolunmaz ədviyyat sayılıb. Xalq təbabətində də sarıkökün özünəməxsus yeri var. Sarıkök bir çox xəstəliyin dərmanı sayılır. Bu ədviyyatın faydaları yüzlərlədir. Yəqin ki, çoxları sarıkök haqqında o qədər də məlumatlı deyil. 

Qazet.az  sarıkök haqqında daha ətraflı məlumatı, həkim-fitloterapevt Fizuli Hüseynovun hazırladığı materialı təqdim edir.

Sarıkökün kimyəvi tərkibi

Sarıkökün tərkibində ən aktiv maddə kurkumin və kurkuminin sələfləridir. Məsələn, kurkumin, dimetoksiklokurkumin, monodimedotoksikurkumin, bisdemetoksikurkumin və siklokurkuminlər kimi kurkuminin sələfləri vardır. Bundan başqa zəngin karotinlər hansıki karotinlərin hesabına sarıkök sarı rəngindədir, C vitamini, terpentinlər (bunlar hormonabənzər təsir göstərir), kaliumvə polisaxaridlər vardır.

Sarıkökün xalq təbabətində istifadəsi

Sarıkök təkbaşına hansı xəstəliklərdə istifadə oluna bilər və necə, nə qədər istifadə olunmalıdır? Sarıkök Azərbaycanda bitmədiyindən bizim regionlarda istifadə tarixi Hindistan, Çin, İndoneziya ilə müqayisədə o qədər də qədim deyildir. Məsələn, saydığım dövlətlərdə soyuqdəymə, revmatizmalar, dəri xəstəlikləri, doğuş rahatlaşdırıcı, süd artırıcı, yuxarı tənəffüs yolları xəstəlikləri, ishal, adət pozulmaları, oynaq ağrıları, köpmələr, mədə ağrıları, hamiləlik zamanı ürəkbulanmalar, immunitet artırıcı və sairə kimi xəstəliklərdə geniş istifadə olunmaqdadır. Sarıkökün bu kimi istifadəsi sarıkökün bitdiyi bütün dövlətlərdə istifadə olunmaqdadır.

Azərbaycanda sarıkökdən daha çox yeməklərin bişirilməsi zamanı istifadə olunub. Sarıkök yeməklərə xüsusi bir ətir, dad və sarı rəng verir. Amma Azərbaycanda sarıkök həmdə dərman bitkisi kimidə istifadə edilib. Mədə ağrılarında, iştahsızlıqda, adət pozulmalarında, revmatizmalarda istifadə olunub.

Sarıkökün yuxarıda saydığımız xəstəliklərlə paralel revmatoidli poliartrit xəstəliyində, epilepsiyada, beyinqan dövranı xəstəliklərində, yaddaşsızlıqda, Alzheymer xəstəliyində, müxtəlif mənşəli sklerozlarda, oynaq ağrılarında, ağızda acılıqda, müxtəlif mənşəli köpmələrdə, kolitlərdə, sağ qaraciyəraltı nahiyyələrdəki ağrılarda, ekzemalarda, trofik yaralrda, əl ayaq soyuqluğunda, yüksək xolesterində  və başqa başqa xəstəliklərdə xəstələrimə təyin etmişəm və olduqca faydalı bir təsirini görmüşəm.

Elmi araşdırmalara görə, sarıkök:

  1. Həzmi rahatlaşdırır.
  2. Qurdqovucu təsiri var.
  3. Mədə-bağırsaq  qazlarını çökdürücü təsiri öyrənilib.
  4. Ödün istehsalını artırması kimi təsiri öyrənilib.
  5. Bədəni artıq şlaklardan təmizləyici təsiri öyrənilib.
  6. Qaraciyər qorucu funksiyası öyrənilib.
  7. İltihabəleyhinə təsiri öyrənilib.
  8. Trombların əmələ gəlməsinin qarşısını alması öyrənilib.
  9. Qanda lipidlərin çoxalmasının qarşısını alması öyrənilib.
  10. Xərçəng əleyhinə antioksidant təsiri öyrənilib.
  11. Bakteriyalar əleyhinə antibakterial təsiri öyrənilib.
  12. Göbələklər əleyhinə təsiri vardır. Antifunqal.
  13. Viruslar əleyinə təsiri vardır. Antiviral.
  14. Hüceyrə zəhərlənmələrinə qarşı zəsiri vardır. Sitotoksik.
  15. Şişlər əleyhinə təsiri vardır.
  16. Dəri xəstəliklərinə qarşı təsiri vardır. (lent.az)