Sarıqamış şəhidləri məşəl yürüşü ilə anıldı - FOTOLAR
Sarıqamış əməliyyatının 108-ci ildönümü fəaliyyətləri çərçivəsində Qarsın Sarıqamış rayonunda minlərlə insan Türkiyə bayraqları ilə qar altında yürüş edib.
Qazet.az NTV-yə istinadən xəbər verir ki, Kazım Qarabəkir Paşa məscidində şəhidlər üçün təşkil edilən Mövlud-i Şərifdən sonra əllərində türk bayraqları və məşəllərlə minlərlə vətəndaş Sarıqamış Demokratiya Meydanına toplaşıb.
Eyni zamanda Çanaqqala İncəsənət Teatrının quruluş verdiyi, rejissoru Əbdülkadir Katra olan “Vətən Sağ Olsun Sarıqamış” tamaşası ərazidə qurulan platformada səhnəyə qoyulub. Sarıqamış Hərəkatında baş verən bəzi hadisələrdən bəhs edən tamaşanın ardından Qars valisi və bələdiyyə sədrinin müavini Türker Öksüz, AK Partiya Qars millət vəkilləri Əhməd Arslan və Yunus Kılıç və minlərlə vətəndaş əllərində məşəllə yürüş edib.
Havanın temperaturunun 10 dərəcə şaxtaya düşməsinə fikir verməyən iştirakçılar təkbirlərin müşayiəti ilə Demokratiya Meydanından Sarıqamışdan 3 kilometrlik piyada getdikdən sonra Yuxarı Sarıqamış Şəhidliyinə gəliblər.
Yürüşdə hərbi hissələrlə yanaşı, müxtəlif şəhərlərdən Qızıl Aypara könüllüləri və bir çox qeyri-hökumət təşkilatları iştirak edib.
Qızıl Aypara könüllüləri tarlada olanlara isti şorba və çay təklif ediblər.