"Sağalmaz yaralarımızla bu il ildönümümüzü qeyd edirik" - Ermənistan Prezidenti
Gündəm
14:07 21 sen, 2021
Sarkisyanın sözlərinə görə o müharibənin ağır nəticələrinə görə dərin hüzn içindədir
!["Sağalmaz yaralarımızla bu il ildönümümüzü qeyd edirik" - <span style="color:red">Ermənistan Prezidenti</span>](https://qazet.az/resized/fit900x500/center/pages/26266/9b254e28-c3fc-4153-95e2-82417bdb8125.jpeg)
Ermənistanın Prezidenti Armen Sarkisyan Ermənistanın müstəqillik gününün 30 -cu ildönümü münasibətilə əhaliyə müraciət edib. O bildirib ki, bu ilki ildönümü onlar üçün çox çətindir. Çünki ötən il onlar ağır məğlubiyyətlə üzləşib.
Qazet.az News.am saytına istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə o müharibənin ağır nəticələrinə görə dərin hüzn içindədir.
“Fəlakətli müharibənin birinci ilinin başa çatması ərəfəsində, minlərlə gəncin itkisinin ağrısı, əsirlikdəki soydaşlarımızın qeyri -müəyyən taleyi və ya ruhumuzun və bədənimizin bilinməyən, sağalmaz yaraları şəraitində bu il ildönümü qeyd edirik” deyə Sarkisyan bildirib.
-