Şarl Mişellə Paşinyan Cənubi Qafqazdan danışdılar
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüssel görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüssel görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
“Qazet.az” xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan problemlərin həlli istiqamətində ardıcıl səylərinə görə Şarl Mişelə təşəkkür edib. Həmsöhbətlər dialoqun davam etdirilməsi və möhkəmləndirilməsi məqsədilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün planlaşdırılan üçtərəfli görüşünə toxunublar.