Bakı 2˚C Mostly cloudy

Sarqsyanın əyləncə macərası - Baden-Baden gecələri

Maraqlı 16:23 16 sen, 2021

Ermənistanın sabiq prezidentinin əyləncə macəraları üzə çıxdı

Sarqsyanın əyləncə macərası - <span style="color:red">Baden-Baden gecələri</span>

Elit əyləncələrin pərəstişkarı Serj Sarqsyan hətta 2016-cı ilin aprel müharibəsi zamanı Baden-Badenə gedib.

Ümumilikdə, 2008-ci ildən bəri Serj hökumət təyyarəsi ilə Almaniyanın Baden-Baden şəhərlərindəki hava limanına 16 dəfədən çox uçuş həyata keçirib.

Qazet.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat paylaşıb.

Sarqsyan yalnız müəyyən tarixlərdə, hakimiyyətdə olduğu müddətdə Baden-Badendə 134 gün keçirib, amma əslində bundan daha çoxdur. Maraqlıdır ki, Sarqsyan hətta Baden-Badenə səfər etmək üçün Azərbaycan prezdenti İlham Əliyevlə danışıqlardan da istifadə edirdi. Məsələn, 2009-cu il 22 noyabrda İlham Əliyevlə Münhendə keçirilməsi planlaşdırılan danışıqlara dörd gün qalmış uçub. Ancaq bildirildiyi kimi Münhenə yox, birbaşa Baden-Badenə. Və yalnız 22 noyabrda təyyarə danışıqların aparıldığı Münhenə çatıb. Ancaq ən xoşagəlməz, iyrənc hal onun 5 aprel 2016-cı ildə, əslində, atəşkəsin rəsmən pozulmasından bir neçə saat sonra Baden-Badenə getməsidir.

Aprelin 5-də kəşfiyyatçı Sasun Mkrtçyanın Yerablurdakı dəfn mərasimindən sonra Sarqsyan rəsmi səfərə Berlinə yox, Baden-Badenə gedib və yalnız bir gün sonra, aprelin 6-da Berlinə gəlib. Belə ki, Serj Sarqsyan prezidentliyi dövründə əslində Almaniyanın Baden-Baden şəhərinə hər il, bəzi hallarda isə ildə iki dəfə səfər edirdi. FIP tədqiqatçıları (https://fip.am/16862) Sarqsyanı Baden-Badenə, kazinolara və ya kurort və mədəniyyət mərkəzlərinə nə cəlb etdiyini bilmirlər, amma fakt budur ki, Sarqsyanın şəxsi evinə dövlət büdcəsindən yüz minlərlə dollar xərclənib.