Bakı 1˚C Cloudy

“Saudi Aramco” bütün müştəriləri üçün qiymətləri artıracaq

Gündəm 12:38 08 noy, 2021

Asiyaya tədarük edilən əsas neft növü olan “Arab Light”ın 1 barelinin qiyməti 1,4 ABŞ dolları artırılacaq

“Saudi Aramco” bütün müştəriləri üçün qiymətləri artıracaq

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” gələn aydan Asiya, ABŞ, Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələrindən olan müştəriləri üçün bütün markadan neft qiymətlərini artıracaq.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, Asiyaya tədarük edilən əsas neft növü olan “Arab Light”ın 1 barelinin qiyməti 1,4 ABŞ dolları artırılacaq.

Son nəticədə həmin neft Oman və Dubay neftinin hər barelindən 2,7 ABŞ dolları baha satılacaq. Qalan neft markalarının qiyməti bir barel üçün 1,1-2,8 ABŞ dolları artırılacaq.

ABŞ-dan olan alıcılar üçün neftin bütün növlərinin qiyməti bir barel üçün 0,5 ABŞ dolları, Şimal-Qərbi Avropa üçün 1-3,3 ABŞ dolları, Aralıq dənizi ölkələri üçün 1,1-3 ABŞ dolları artacaq.