Savaşın 34-cü günü: Ermənilər DARMADAĞIN EDİLDİ, xeyli ərazi azad olundu
Müharibənin 34-cü günü...
30 oktyabr 2020-ci il. Müharibənin 34-cü günü...
Qazet.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:
Saat - 07:31 - Düşmən Ağdərə, Xocavənd və Qubadlı istiqamətində DARMADAĞIN EDİLDİ
Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci ilin oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutdu. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etdi. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alındı.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar oldu. Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edildi.
Saat - 08:33 - Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonları artilleriya atəşinə tutuldu
Saat - 10:06 - Bərdəni atəşə tutan "Smerç" məhv edildi
Saat - 07:31 - Hücuma keçən düşmən darmadağın olundu, geri çəkildi - Arustamyan MƏHV EDİLDİ
2020-ci il oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alındı. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edildi. Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edildi.
Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edildi.
Saat - 10:55 - “Human Rights Watch” Ermənistanın Bərdəyə kaset bombaları atdığını təsdiqlədi
Saat - 11:59 - Ermənilər Qubadlını atəşə tutdu
Saat - 14:21 - Düşmənin raket-artilleriya silahları anbarı məhv edildi
Saat - 15:47 - Xeyli ərazi İŞĞALDAN AZAD EDİLDİ
Saat - 17:22 - Düşmənin daha 2 "Smerç"i məhv edildi
Saat - 17:48 - İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
Saat - 19:51 - Ordumuz dəqiq zərbələrlə düşməni MƏHV ETDİ
Saat - 20:13 - Ermənilər Tərtərə yenə “Smerç” atdı
Saat - 22:36 - Düşmənin növbəti “Osa” ZRK-sı havaya uçuruldu