Şavkat Mirziyoyev Putinin dəvəti ilə Rusiyaya getdi
Ötən axşam Rusiya paytaxtında iki ölkənin xarici işlər nazirlərinin görüşü olub
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Moskvaya gedib.
Qazet.az xəbər verir ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutub.
Bu gün iki dövlət başçısının yüksək səviyyəli danışıqları baş tutacaq. Dövlət başçıları ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Ötən axşam Rusiya paytaxtında iki ölkənin xarici işlər nazirlərinin görüşü olub. Səfər zamanı on səkkiz sənədin imzalanacağı açıqlanıb.
Onların arasında beynəlxalq nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi haqqında Saziş, tikinti, energetika, prioritet sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair sənədlər xüsusi qeyd olunur.