Bakı 12˚C Cloudy

Saxta dövlət saytı hazırlandı

Cəmiyyət 13:20 09 yan, 2023
Saxta dövlət saytı hazırlandı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin adından dələduzluq məqsədi ilə yenidən saxta saytların yaradıldığını aşkarlayıb.

Bu barədə Qazet.az-a Mərkəzdən məlumat verilib.

Məlumata görə, dələduzlar hxxp://w.praiseplaintiff.cn/azerpostaz/ və hxxps://sbphnz.cyou/1ugBk50I/azerpostaz/ saytlarını yaradıb.

“Bu dəfə dələduzlar "sual-cavab nəticəsində "Azərpoçt"dan 600 manat qazanmaq imkanı" adı ilə şirnikləndirici saxta kampaniya başladıb. Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaq, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam edilən kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar. Bu kimi kampaniyalarla qarşılaşdıqda, kiberdələduzluq faktının analizi və yaradılmış saxta domenlərin zərərsizləşdirilməsi üçün CERT-ə məlumat verə bilər”, - deyə Mərkəz bəyan edib.