Bakı 3˚C Showers

Saxta tibbi vasitə aşkarlandı

Gündəm 10:31 11 okt, 2022
Saxta tibbi vasitə aşkarlandı

Analitik Ekspertiza Mərkəzinə Səhiyyə Nazirliyi tərəfindən ünvanlanmış müraciətə əsasən, üzərində Vyetnamın “Danafa Farmasyutikal SC istehsalçısı göstərilib, “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 120621AZ, yararlıq müddəti: 21.06.2026-cı ilədək, “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 190808AZ, yararlıq müddəti: 07.08.2024-cü ilədək və “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 481108, yararlıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələrin ekspertizası aparılıb.

Bu barədə Qazet.az-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

AEM-in Tibb və Əczaçılıq Vasitələrinin Ekspertizası və Keyfiyyətinə Nəzarət Laboratoriyasından verilən məlumata görə, təqdim edilən nümunələrdən “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 120621AZ, yararlıq müddəti: 21.06.2026-cı ilədək olan dərman vasitəsi Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçmiş və qablaşması təsdiqlənib. Həmçinin, sözügedən nümunənin təqdim olunan seriyası Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilib və idxalına icazə məktubu verilmişdir. Sözügedən nümunənin yoxlanılan keyfiyyət parametrlərində uyğunsuzluq aşkar edilməyib.

Digər 2 sınaq nümunəsi - “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 190808AZ, yararlıq müddəti: 07.08.2024-cü ilədək və “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 481108, yararlıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələr Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməmiş və qablaşmaları təsdiqlənməyib. Həmçinin, sözügedən nümunələrin təqdim olunan seriyaları Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilməmiş və idxalına icazə məktubu verilməmişdir. Sözügedən nümunələrin tərkibində “levomentol”, “kamfora”, “sineol” və “evgenol” adlı fəal təsiredici maddələrin mövcudluğu müəyyən edilsə də, həmin maddələrin miqdarının istinad edilən normativ sənədlərdə göstərilmiş tələblərə uyğun olmadığı təsbit edilib.