Bakı 3˚C Intermittent clouds

"Səbail"də yubiley

İdman 10:30 26 dek, 2022
"Səbail"də yubiley

Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib.

Qazet.az xəbər verir ki, “Səbail”in kapitanının yubileyi Misli Premyer Liqasının 18-ci turuna təsadüf edib.

O, Bakı klubuna qədər çıxış etdiyi “Qarabağ”la görüşdə yubileyini rəsmiləşdirib. Bu matçda onun komandası məğlub olub - 0:3.

Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu olan 33 yaşlı yarımmüdafiəçi yarışda 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” matçında (1:0) meydana çıxıb.

450 oyunda 34 qol vuran Əmirquliyev ölkə çempionatlarında 4 klubun formasını geyinib. O, “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun), “Səbail”də 102 (1 qol) meydna çıxıb.