Bakı 2˚C Sunny

Səbuhi Əhmədovun qardaşına birdəfəlik ödəmə təyin olunub

Gündəm 12:49 06 okt, 2022
Səbuhi Əhmədovun qardaşına birdəfəlik ödəmə təyin olunub

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Bu barədə Qazet.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili məlumat verib.

O bildirib ki, vətəndaş aidiyyəti qurumdan vərəsəsi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:

"Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o, banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".