Bakı -4˚C Intermittent clouds

"Seçki ilə gələn seçki ilə də gedəcək": Davudoğlu etirazçılara səsləndi

Siyasət 16:32 24 noy, 2021

Türkiyənin sabiq baş naziri etirazçılara səslənib

"Seçki ilə gələn seçki ilə də gedəcək": <span style="color:red">Davudoğlu etirazçılara səsləndi</span>

Türkiyənin sabiq baş naziri, Gələcək partiyasının sədri Əhməd Davudoğlu lirənin kəskin ucuzlaşmasına etiraz olaraq, küçələrə çıxanlara reaksiya verib.

Qazet.az xəbər verir ki, o, bu məsələnin küçədə yox, seçkilərdə həll edilməli olduğunu deyib.

“Bu iş küçədə yox, qutuda həll olunur. Sizi küçəyə çağıranlara qulaq asmayın, tələyə düşməyin. Seçki ilə gələn seçki ilə də gedəcək” deyə Davudoğlu bildirib.

Dünən Ankara, İstanbul, İzmir, Kocaəli və Əskişəhirdə insanlar gün boyu məzənnə artımına etiraz olaraq küçələrə çıxıb.

Mənbə: Teleqraf