Bakı 6˚C Intermittent clouds

Sedat Peker tvit paylaşdı - Şimali Kipr baş naziri istefa verdi

Siyasət 14:53 22 okt, 2021

Şimali Kiprdə baş nazir barəsində yayılan videolardan sonra istefa verdi

Sedat Peker tvit paylaşdı - <span style="color:red">Şimali Kipr baş naziri istefa verdi</span>

Türkiyədə tvitləri ilə populyarlaşan mafia lideri Sedat Peker bu dəfə Şimali Kipri qarışdırıb. 

Qazet.az xəbər verir ki, öncə ad çəkmədən bəzi kiprli siyasiləri hədələyən Peker onların narkotacir və kazinoçularla birlikdə özünə qarşı qurulan oyunlarda iştirak etdiyini yazıb: “Hamınız yandınız. Arxiviniz əlimdədir. Utanma duyğusu olan istefa versin”.

Tvitində diqqət çəkdiyi “Dəli Çavuş” isimli hesabdan isə Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ersan Saner və iqtidar ortağı olan Demokrat Partiyasının sədri Tözün Tunalının qeyri-etik videoları yayılıb.

Videolardan sonra baş nazir istefa verib. İqtidar ortağı olan Demokrat Partiyasının sədrinin də istefa verəcəyi gözlənilir.

ŞKTC prezidenti Ersin Tatar da mövzu ilə bağlı açıqlama verərək, yaşanan hadisələrin üzücü olduğunu bildirib və hazırda hökuməti quracaq partiyanın olmadığına da diqqət çəkib.

Mənbə