Bakı -9˚C Showers

Sedat Pekeri təhdid edən qadın həbs edildi - FOTO

Gündəm 07:12 22 noy, 2021

Xatırladaq ki, Güniz Akkuş 2 il əvvəl video çəkərək Sedat Pekeri açıq şəkildə təhdid edərək, "Mənə bax Sedat Peker! Sənə on gün vaxt verirəm. 

Sedat Pekeri təhdid edən qadın həbs edildi - FOTO

Türkiyəli mafiya lideri Sedat Pekerə “Sənə on gün verirəm” təhdidləri ilə gündəmə gələn “Hanımağa” ləqəbli Güniz Akkuş polis tərəfindən saxlanılıb.

Qazet.az Türkiyə mətbuatına istinadən bildirir ki, keçmiş polis əməkdaşı olan Güniz Akkuş “Qəsdən adam öldürmə, adam yaralama, əmlaka ziyan vurma və talama” kimi hadisələrdə əli olduğu iddia edilən cinayət təşkilatına qarşı keçirilən əməliyyat zamanı saxlanılıb. Onunla birgə Mustafa Kamal Yavuz adlı şəxs də nəzarət altına alınıb.

Xatırladaq ki, Güniz Akkuş 2 il əvvəl video çəkərək Sedat Pekeri açıq şəkildə təhdid edərək, "Mənə bax Sedat Peker! Sənə on gün vaxt verirəm. On gün sonra bir gecə qəflətən səni ziyarətə gələcəm. Gələndə özümlə birgə bir şüşə butulka, əmzik və uşaq bezi gətirəcəm ki, darıxmayasan" - deyə bildirmişdi.