“Sədərək”də mağazaya basqın edən şəxs tutulub
Cəmiyyət
18:12 18 noy, 2022

“Sədərək” ticarət mərkəzində mağazaya basqın edən şəxs tutulub.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qardağ rayonunda yerləşən ticarət mərkəzində quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.