Bakı 18˚C Dreary

“Sədərək”də yanğının söndürülməsi davam edir - VİDEO YENİLƏNİB

Hadisə 20:45 08 yan, 2023
“Sədərək”də yanğının söndürülməsi davam edir - VİDEO YENİLƏNİB

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirlikdən Qazet.az-a bildiriblər ki, hazırda FHN-in qüvvələri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

"Sədərək" Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

"Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb", - DİN rəsmisi qeyd edib.