Sədr: “Gələn ilin dövlət büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə zəmin yaradır”
Gündəm
13:32 16 noy, 2021
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib
“Gələn ilin dövlət büdcəsi və ona daxil olan sənədlər ölkənin reallıqlarını dolğun əks etdirir”.
Qazet.az xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Ölkə tarixində ən böyük büdcə Milli Məclisə daxil olub. Gələn ilin dövlət büdcəsi qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsinə zəmin yaradır”, - spiker vurğulayıb.